AZ

Bunu açıq şəkildə demək lazımdır: dürüst deyillər Nazir

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Alim” adını yalançı alimlərdən qorumaq lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.

O bildirib ki, elm adamlarının hamısı kimin necə alim olduğunu bilir: “Bunu açıq şəkildə deməliyik. Alimlərin bir-birinə münasibəti dürüst deyil, bu öz nüfuzlarını da qorumağa imkan vermir. Alim adını yalançı alimlərdən qorumaq lazımdır. Layiq olmayan insanlara layiq olmadığı adları verməyin sonu yaxşı deyil. Son illər işlər görülür, amma inzibati qaydada tənzimləmək çətindir”.

Nazir vurğulayıb ki, xaricdə məqaləsi olmayan özünə alim deməyə utanmalıdır: “Son beş ildə məqaləsi olmayan alim utanmalıdır. Məqaləsi olmayan, istinadı olmayan adamın özünə alim deməsi ayıbdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
19
globalinfo.az

10Mənbələr