Bakı. Trend:
Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsiüzrə qlobal şirkət olan “Ookla” noyabr ayı üzrə “Speedtest GlobalIndex” hesabatını təqdim edib.
Trend xəbər verir ki, bubarədə RİNN məlumat yayıb.
Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetinmedian sürəti 86,15 Mb/s, mobil internetin mediansürəti isə 83,37 Mb/s olub.
Oktyabr ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi1,33 MB/s, yaxud 1,57%, mobilinternetin sürəti isə 3,43 Mb/s və ya4,29% yüksəlib.
Qeyd olunan dinamika ölkədə rəqəmsallaşma proseslərininsürətlənməsi, elektron xidmətlərə tələbatın artması, distant iş vətəhsil imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyırvə Azərbaycanın qlobal internet sürəti reytinqlərində mövqeyininyaxşılaşdığını göstərir.