AZ

Bu işçilərə ödənilən müavinət artırılacaq

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişiklik ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəyir.

Layihəyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Anar Kəlbiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
13
unikal.az

10Mənbələr