AZ

Naxçıvanda əhalinin banklardakı əmanətlərinin məbləği artıb

Naxçıvan, 16 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 57,2 faiz artaraq 2025-ci il noyabr ayının 1-ə milli valyuta ekvivalentində 36 milyon 88 min 200 manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əmanətlərin 93,9 faizi milli, 6,1 faizi xarici valyutada qoyulub.

Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 92,8 faiz artıb.

Seçilən
111
azertag.az

1Mənbələr