AZ

Ukrayna Filip Kirkorovu axtarışa verdi

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Xalq artisti Filip Kirkorov barəsində axtarış elan edib.

Modern.az xəbər verir ki, onun məlumatları axtarışda olan şəxslərlə bağlı bazaya daxil edilib.

Bu barədə Rusiya mətbuatındakı nəşrlərdə yazılıb.

Mövcud materiallara əsasən, Ukrayna Baş Prokurorluğu 28 oktyabrda Kirkorova qarşı ittihamların irəli sürüldüyünü açıqlayıb. O, Ukrayna ərazisindən giriş-çıxış qaydalarını pozmaqda, Ukraynanın milli maraqlarına zərər vurmaqda ittiham olunur. Daha dəqiq desək, Kirkorov hazırda Rusiyanın nəzarəti altında olan ərazilərə səfər edib. Daha əvvəl Kiyev reper Timati barəsində də axtarış elan edib.

Seçilən
110
modern.az

1Mənbələr