AZ

İtaliya klubunun futbolçuları arasında dava olub

BAKI, 16 dekabr. TELEQRAF

İtaliyanın "Fiorentina" klubunun oyunçuları arasında insident yaşanıb.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Flavio Onyissanti X sosial şəbəkə hesabında məlumat yayıb.

O, Florensiya təmsilçisinin futbolçularının arasında dava olduğunu və bəzi oyunçuların artıq agentlərindən başqa komandalar tapmalarını istədiklərini iddia edib. Buna səbəb klubun mövsümü uğursuz keçirməsi olub.

Qeyd edək ki, "Fiorentina" A Seriyasının 15 turundan sonra cəmi 6 xalla turnir cədvələnin sonuncu pilləsində qərarlaşıb.

Seçilən
104
teleqraf.com

1Mənbələr