AZ

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək. "Olaylar"ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
42
olaylar.az

10Mənbələr