Olke.az saytına istinadən ain.az xəbər verir.
Professor Envu Liuya görə, əldə olunan nəticələr hər gün bir fincan çay içməyin yaşlanma dövründə sümük sağlamlığını dəstəkləməyin sadə yollarından biri ola biləcəyinə işarə edir.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, orta səviyyədə qəhvə istehlakı təhlükəsiz görünsə də, xüsusilə spirtli içki qəbul edən qadınlar üçün qəhvənin çox yüksək miqdarda içilməsi ideal hesab olunmur.
Bununla belə, alim bu nəticələrə əsaslanaraq həyat tərzində kəskin dəyişikliklər etməyin düzgün olmadığını da vurğulayıb.
“Tədqiqatımız qəhvəni tamamilə tərk etməli olduğunuz və ya gündə litrlərlə çay içməyə başlamalı olduğunuz anlamına gəlmir,” - deyə Liu açıqlayıb.
Araşdırma göstərir ki, orta səviyyədə çay istehlakı sümük sağlamlığını dəstəkləyə bilər.
Kalsium və D vitamini sümük sağlamlığının əsas dayaqları olaraq qalmaqda davam etsə də, gündəlik içilən içkilər də bu prosesdə rol oynaya bilər. Mütəxəssislərin fikrincə, yaşlı qadınlar üçün gündə bir fincan çay sadəcə rahatladıcı bir vərdiş deyil, eyni zamanda daha möhkəm sümüklərə doğru atılan kiçik, lakin önəmli addım ola bilər.
Qeyd edək ki, bu araşdırma daha əvvəl aparılmış və yüksək miqdarda qəhvə istehlakının yaşlı insanlarda ağrı səviyyəsinin artması ilə əlaqəli olduğunu göstərən tədqiqatın ardından dərc edilib. Həmin araşdırmada qəhvə istehlakının artmasının, azaldılması ilə müqayisədə ağrı şiddətində 6,56 bal artımla əlaqəli olduğu müəyyən edilib.
Həmidə İbrahimova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.