Bakı. Trend:
Azərbaycan Respublikasının “Mərkəzi Asiya plüs Azərbaycan”formatına qoşulması təkcə dövlətlərimiz arasında qarşılıqlı əlaqənigücləndirməklə kifayətlənməyib, həm də bütün regional əməkdaşlıqarxitekturasına yeni strateji impuls bəxş etdi.
Trend xəbərverir ki, bunu Özbəkistan Həmkarlar İttifaqları Federasiyasınınsədri Qudratulla Rafiqov bu gün Bakıda keçirilən AzərbaycanHəmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayındaçıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkələrimiz arasındakı münasibətlər artıqbütün sınaqlardan uğurla keçib və bu gün ən yüksəksəviyyədədir:
"Bütün sahələr üzrə artmaqda olan Özbəkistan-Azərbaycanəməkdaşlığının çoxsaylı nümunələri mövcuddur. Füzuli şəhərindəböyük özbək alimi Mirzo Ulubeyin adına məktəb və Özbəkistantərəfinin dəstəyi ilə Xankəndidə iri tikiş fabriki fəaliyyətgöstərir. Bakıda isə 5 hektar ərazidə “Özbəkistan Parkı” salınır –bu park dostluğun, mədəni mübadilənin və əməkdaşlığınsimvoludur.
44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpası,torpaqların işğalçılardan azad edilməsi uğrunda əldə olunan böyükqələbə üçün sizinlə birlikdə biz də qürur duyuruq.
Bugünkü qurultay Azərbaycanda güclü, yenilənmiş və ədalətlihəmkarlar ittifaqı hərəkatının formalaşması yolunda növbəti mühümmərhələ olacaq. Bu gün Azərbaycan həmkarlar ittifaqlarıkonfederasiyası möhkəm təməl üzərində dayanır və eyni zamanda yeninailiyyətlərin astanasındadır".