AZ

Pedro Bikalyo “Qarabağ”dan gedir? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Braziliya mediasında “Botafoqo” komandasının “Qarabağ” klubunun yarımmüdafiəçisi Pedro Bikalyonu transfer etmək istədiyi ilə bağlı iddialar yayılıb.

İdman.Biz məsələ ilə bağlı klubun mətbuat xidmətindən açıqlama alıb.

Bildirilib ki, həmin komandadan braziliyalı yarımmüdafiəçi ilə bağlı hər hansı rəsmi təklif göndərilməyib.

Qeyd edək ki, mövsümün əvvəlində 24 yaşlı Pedro Bikalyo Braziliyanın “Palmeyras” klubundan “Qarabağ”a transfer olunub və onunla 3+1 illik müqavilə imzalanıb.

İdman.Biz

Seçilən
43
6
idman.biz

10Mənbələr