Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Azərbaycan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının etibarlı üzvüdür".
APA xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayına onlayn müraciətində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Triaql deyib.
O, Azərbaycanın təşkilatın işinə mühüm töhfə verdiyini deyib.
“Biz hökumətlər, işəgötürənlər və işçilər arasında dialoqu təmin edirik. Azərbaycanın bu sahədə bizə yardımı təqdirəlayiqdir. Ümumiyyətlə, Azərbaycanın işçi hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini bəyənirik və dəstəkləyirik. Bundan sonra da təşkilatımızın fəaliyyətində Azərbaycanın dəstəyinə güvənirik”, - Luk Triaql qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.