AZ

Parlament “Nəqliyyat ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsini qəbul edib

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Milli Məclisin bu gün keçirilən iclasında “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, 8 fəsil, 31 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin, onlar arasında yaranan münasibətləri tənzimləyəcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
3
apa.az

7Mənbələr