"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasında cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis olub.
Publika.az PFL-ə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis "Neftçi"ni 15-ci turda "Sumqayıt"la ev oyununa (2:2) çıxarıb.
Buna qədər Saşa İliç ("Sumqayıt") və Jorj Kaşkilya ("İmişli") 1-ci, Valdas Dambrauskas ("Sabah") 2-ci turda debüt edib.
Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.