AZ

Milli Məclis “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanunu üçüncü oxunuşda qəbul edib

Bakı. Trend:

Azərbaycanda "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" yeniqanun qəbul ediləcək.

Trend-inməlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında yeni"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsi müzakirəedilib.

Bildirilib ki, bu qanun Azərbaycan ərazisindənəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadiəsaslarını müəyyən edəcək, bu sahədə dövlət orqanlarının(qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərinfilial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini,həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyəcək.

Qanunda daşıyıcı, ekspeditor, ekspeditora verilən muzd, müştəri,nəqliyyat-ekspedisiya fəaliyyəti, nəqliyyat-ekspedisiyafəaliyyətinin iştirakçıları, nəqliyyat-ekspedisiya xidmətləri, yük,yük-nəqliyyat sənədi kimi əsas anlayışlar təsbit edilib.

Sənəddə nəqliyyat-ekspedisiya fəaliyyətini həyata keçirmək üçünhüquqi əsaslar, nəqliyyat-ekspedisiya fəaliyyətinin həyatakeçirilməsinin əsas prinsipləri və nəqliyyat-ekspedisiya xidmətləriöz əksini tapıb.

Həmçinin nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində dövləttənzimləməsinin əsas məqsədləri və dövlətin vəzifələri,nəqliyyat-ekspedisiya fəaliyyətinə dövlət dəstəyimüəyyənləşdirilib.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Seçilən
101
5
az.trend.az

4Mənbələr