AZ

93 milyon manat investisiya, 9 minə yaxın iş yeri

Marja.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Təkcə bu il Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ("MÜSİAD Azərbaycan") üzvləri ölkə iqtisadiyyatına 93 milyon manat investisiya qoyub.

Bunu "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.

Onun sözlərinə görə, son 4 ildə investisiya qoyuluşunun ümumi məbləği isə 167 milyon manat təşkil edib.

"Üzvlərimiz hər il 10 milyon manatlıq ixrac həyata keçirir. Biz hər il qarşımıza strateji hədəflər qoyuruq. Bu hədəflərdən biri investisiyaların artırılması, ticarətin xüsusilə üzvlər arasında genişləndirilməsidir. Bu il üzvlərimiz öz aralarında 4,6 milyon manatlıq ticarət edib. Son 4 ilin ümumi göstəricisi isə 11 milyon manata yaxındır", - deyə R.Cabirli əlavə edib.

 9 minə yaxın şəxsi işlə təmin edib

Rəşad Cabirli bildirib ki. Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ("MÜSİAD Azərbaycan") 100 üzvü 8,5 min şəxsi işlə təmin edib.

O xatırladıb ki, MÜSİAD 2017-ci ildən aktiv fəaliyyət göstərir, onun 8 daimi komissiyası, "Gənc MÜSİAD" adlı törəmə qurumu, 40 ölkədə 4 minə yaxın üzvü var.

"Hazırda MÜSUAD-ın Qarabağda da fəaliyyəti var", - deyə R.Cabirli əlavə edib.

İş elanları AzVak.az-da

© "Report"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
marja.az

2Mənbələr