AZ

Elvin Yunuszadə: Məncə, ədalətli nəticə heç heçə idi

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Düşünürəm ki, səfərdə bir xal pis nəticə deyil". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın futbolçusu Elvin Yunuszadə deyib.Təcrübəli müdafiəçi komandasının ötən gün səfərdə "İmişli" ilə heç-heçə etdiyi oyunu şərh edib:"Qalib də gələ bilərdik. Bunun üçün şansımız var idi. Rəqibin də üç xal qazanmaq üçün imkanları oldu. Bu cür oyunlarda hər cür nəticə qeydə alına bilər, qırılma nöqtələri olur. Kim əlinə düşən fürsətdən yararlanırsa, istəyinə çatır, qalib gəlir. Məncə, ədalətli nəticə heç-heçə idi. Artıq bu görüşü unutmalıyıq. Qarşıdakı matça hazırlaşacağıq. Düşünürəm ki, "İmişli" ilə görüşdə yaxşı mübarizə apardıq. Meydan amili də rol oynadı. Hamımız ikiqat güc sərf etdik".Qeyd edək ki, "İmişli" - "Karvan-Yevlax" matçı 1:1 hesabı ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
114
1
sport24.az

2Mənbələr