Bakı. Trend:
Azərbaycanlı məşhur tenor Yusif Eyvazov ötən gün London KralBalet və Opera evinin (Royal Ballet and Opera) səhnəsindəçıxış edib.
Trend xəbər verir ki,möhtəşəm bir heyət London səhnəsində Puççininin dünyaşöhrətli“Turandot” operasını təqdim edib.
Həmyerlimiz, Xalq artisti Yusif Eyvazov Kalaf obrazını, məşhursoprano Anna Netrebko isə şahzadə Turandotu canlandırıb. 18, 20 və23 dekabrda opera tamaşasının London səhnəsində növbəti təqdimatıolacaq.
Yusif Eyvazovun rəhbərlik etdiyi Azərbaycan Dövlət AkademikOpera və Balet Teatrının orkesti və aktyorları yanvar ayında OmandaMaskat Kral Opera evində “Toska” tamaşası ilə daha bir qastroldaolacaq.