AZ

Tyaqo Silva Avropaya qayıdır Fabritsio Romano açıqladı

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Fluminense"nin 41 yaşlı braziliyalı müdafiəçisi Tyaqo Silva Avropaya qayıtmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı (X) üzərindən yayıb. 

Mənbənin məlumatına görə, futbolçu azad agent kimi Avropaya köçməyi düşünür. 

Tyaqo Silva 2024-cü ildən "Fluminense"də oynayır. Onun Braziliya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. Təcrübəli müdafiəçi əvvəllər "Çelsi", PSJ, "Milan", "Portu" və digər klubların şərəfini qoruyub.

Silva bu mövsüm bütün turnirlərdə 46 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
68
1
fanat.az

2Mənbələr