Tovuzda maşın aşıb, sürücü ölüb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Aşırallar kəndində qeydə alınıb.

Belə ki, Mürvət Həsənov idarə etdiyi “VAZ-2106” avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın aşıb.

Sürücü hadisə nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Leqal.info