Moskva vilayətində məktəbdə balaklavalı (üzü bağlı baş geyimi) şagird bir uşağı öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiyanın Odintsovo rayonunun Qorki-2 qəsəbəsində yerləşən Uspensk orta məktəbində qanlı hadisə baş verib. Məlumata görə, balaklava taxmış məktəbli bıçaqla ətrafa hücum çəkib.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində bir uşaq ölüb. Daha iki nəfərin isə bıçaq xəsarəti aldığı bildirilir.

Xuraman Etibarlı
İnterpress.az