Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,7 ABŞ dollar və ya 1,09 % azalaraq 63,73 ABŞ dolları təşkil edib.
Ölkə.az-ın hərracların nəticələrinə istinadən məlumatına görə, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 61,4 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,69 ABŞ dolları və ya 1,11 % azalaraq 61,67 ABŞ dolları təşkil edib.