AZ

Avropa liderləri Ukraynada sülh danışıqları ilə bağlı birgə bəyanat yayıblar

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Liderlər Ukrayna ilə ABŞ arasında Berlində keçirilən danışıqlardan sonra münaqişənin həlli ilə bağlı irəliləyişi alqışlayıblar

Bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi, Böyük Britaniya və Norveç tərəfindən bazar ertəsi yayımlanan bəyanata görə, Avropa liderləri Ukrayna ilə ABŞ arasında Berlində keçirilən danışıqlardan sonra Ukrayna münaqişəsinin həlli ilə bağlı irəliləyişi alqışlayıblar. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

Almaniya hökumətinin Mətbuat Xidməti tərəfindən yayımlanan bəyanatda deyilir: "ABŞ Prezidenti Trampın Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi səylərində əldə edilən əhəmiyyətli irəliləyişi alqışlayırıq".

Qeyd olunub ki, Avropa ölkələri Ukrayna Silahlı Qüvvələrinin sülh dövründəki sayını 800.000 nəfər olaraq saxlamağı, eləcə də "Ukrayna qüvvələrinin yenilənməsinə, Ukrayna hava məkanının təhlükəsizliyinin təmin edilməsinə və dəniz təhlükəsizliyinin qorunmasına kömək edəcək" "Ukrayna üçün çoxmillətli qüvvə"nin yaradılmasını dəstəkləyir.

Vurğulanıb ki, ki, belə bir struktur "könüllülərin koalisiyası" çərçivəsində yaradılacaq və ABŞ tərəfindən dəstəklənəcək. O Ukrayna ərazisində fəaliyyət göstərəcək.

Bəyanatda həmçinin bildirilir ki, Avropa ölkələri “Ukraynanın gələcək rifahına investisiya qoymaq, o cümlədən yenidənqurma üçün əhəmiyyətli resursların mövcudluğunu təmin etmək” öhdəliyinə sadiqdirlər.

Bəyanatı Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İtaliya, Polşa, İsveç və Böyük Britaniya liderləri, eləcə də Avropa Şurasının və Avropa Komissiyasının prezidenti imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
104
ayna.az

1Mənbələr