Deputat Əli Məsimli Milli Məclisdə kənd təsərrüfatı və turizm sahəsində ictimai müzakirələrin keçirilməsini təklif edib. Bu barədə deputat dekabrın 16-da parlamentdə çıxışı zamanı bildirib.
Əli Məsimli bildirib ki, yerli istehsalın bərpası və ərzaq təhlükəsizliyinin artırılması üçün işlər görülməlidir.
O vurğulayıb ki, xammal bazasının möhkəmləndirilməsi və kənd təsərrüfatı, turizm sahələrində aktual mövzular üzrə ictimai müzakirələrin keçirilməsi real töhfə verə bilər.
Gülnar Nazimqızı