Bakı. Trend:
Azərbaycanda əmək hüquqlarının qorunmasına dair hüquqi bazaformalaşdırılıb.
Trend xəbərverir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bugün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında bildirib.
Onun sözlərinə görə, insan hüquqlarının, xüsusilə də əməkhüquqlarının qorunması və sosial rifahın təmin edilməsi hər bircəmiyyətin və dövlətin inkişaf göstəricisi hesab olunur:
"Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi iləyanaşı, işçilərin əmək hüquqlarının qorunması sahəsində də mühümvəzifələr müəyyənləşdirilib və onların həyata keçirilməsiistiqamətində səmərəli fəaliyyət göstərilir. Qeyd olunmalıdır ki,əmək hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətindaim diqqət mərkəzində saxladığı, xüsusi həssaslıq göstərdiyisahələrdəndir. Azərbaycan Milli Məclisi tərəfindən əməkhüquqlarının müdafiəsinə yönəlmiş bir sıra qanunların qəbuledilməsi ölkədə insan və əmək hüquqlarının qorunması üçün etibarlıhüquqi baza yaradıb.
Məhz bu hüquqi baza əsasında bir tərəfdən Azərbaycan hökumətivətəndaşların əmək hüquqlarının qorunması kimi məsuliyyətlivəzifəni uğurla həyata keçirir.
Yeni çağrışlar həmkarlar təşkilatlarının fəaliyyətininyenilənməsini gələcəkdə ciddi şəkildə tələb edəcək. Kütləvi şəkildərobotlaşma, süni intellektin tətbiqi əmək və işçi anlayışlarınayeni məzmun gətirir. Mən inanıram ki, biz artıq əmək sahəsindəköklü dəyişikliklərin şahidi oluruq və gələcəkdə bu daha aydınşəkildə özünü göstərəcək".