ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya HHM sistemi tərəfindən vurulması insidentinin bir ili tamam olacaq. Rusiya hökuməti təyyarə qəzasına görə bugünədək heç bir ciddi addım atmayıb, əksinə, diasporaya qarşı yeni həmlələrlə çıxış etməkdədir.
Globalinfo.az-a danışan türkiyəli politoloq Engin Özer deyib ki, Azərbaycan təyyarəsinin vurulması ilə bağlı proses qısa zamanda başa çatacaq bir məsələ deyil:
“Çünki bu, yalnız kompensasiya verilməsi ilə məhdudlaşmır, prosesin beynəlxalq məhkəmədə davamı gələ bilər. Buna görə də, ruslar gələcəkdə problem yaratmayacaq bir həll yolu tapmaq üçün prosesi uzadırlar. Bu müddətin uzanması aydındır. Burada çox şey gözləmək olmaz.
Engin Özer
Rusiya ilə Azərbaycan arasında yeganə problem əsasən təyyarənin vurulması deyil, bundan başqa, Azərbaycanın Cənubi Qafqazdakı yeni rolu ilə bağlıdır. Buna görə də, yaxın gələcəkdə gərginlik əlbəttə ki, davam edəcək, lakin bunun münaqişəyə çevrilmə ehtimalı zəifdir. Buna görə də, belə bir prosesdə Rusiya həm beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməkdən yayınmaq, həm də güzəştə getməmək üçün prosesi uzadır. Bu, aydındır”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.