"Bu addım minlərlə insanın, o cümlədən qadınların, anaların, uşaqların və ailələrin sevincinə səbəb olacaq".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqil Abbas deyib.
Onun sözlərinə görə, amnistiya humanist və dövlətçilik baxımından mühüm bir aktdır və cəmiyyətə sevgi, mərhəmət mesajı verir:
Aüqil Abbas arzulayıb ki, bu amnistiya jurnalistlərə də şamil olunsun.
“Biz o jurnalistləri pis də bilsək, onlara da şamil olunsun. Düzdür, günahları, xəyanətləri ola bilər, amma müəyyən cinayətləri bağışlamaq mümkündür”, – deyə deputat qeyd edib.
Deputat toy və yas mərasimləri ilə bağlı mövcud qaydalara da toxunub. O bildirib ki, istənilən qadağalara baxmayaraq, toy mərasimlərinin qarşısını tam almaq mümkün deyil:
“Toy toy olaraq qalır. Nə qədər fərman və sərəncam olsa da, insan toy edəcək. Səs-küyü mən də istəmirəm, amma bunun qarşısını almaq mümkün deyil”, – deyə o vurğulayıb.
Aqil Abbas sonda amnistiya ilə azadlığa çıxacaq məhkumları təbrik edib, onların bir daha cinayət törətməməsini arzulayıb.
AMİNƏ ŞAHSUVARQIZI