AZ

Tramp ilk dəfə Meksika sərhədinin müdafiəsinə görə medallar təqdim etdi

ABŞ Prezidenti Donald Tramp, administrasiyası tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə kampaniyası çərçivəsində təsis edilmiş "Meksika sərhədinin müdafiəsinə görə" medallarını ilk dəfə olaraq təqdim etdi. Ümumilikdə 13 hərbi qulluqçu mükafatlandırılıb. Bu barədə Pentaqonun saytında yerləşdirilən məlumatda bildirilir.

"Görevimin ilk günündə, ABŞ Silahlı Qüvvələrinin əsas vəzifəsinin Vətənin sərhədlərinin qorunması və müdafiəsi olmasını nəzərdə tutan fərman imzaladım. Biz burada hərbi qulluqçularımızı, kişiləri və qadınları şərəfləndirmək və sərhədlərimizin müdafiəsində onların mərkəzi rolunu qeyd etmək üçün toplanmışıq", - deyə Tramp mükafatlandırma mərasimində bildirib.

Pentaqonun rəhbəri Pit Heqset qeyd etdi ki, ümumilikdə ABŞ-Meksika sərhədinin mühafizəsində 25 min amerikalı hərbi qulluqçu iştirak edir.

Sarı-yaşıl lentli medal 2025-ci ilin avqust ayında Pentaqon tərəfindən təsis edilib. Bu medal təsis edilməzdən əvvəl Meksika sərhədinin mühafizəsində iştirak edən hərbçilər "Silahlı Qüvvələrdə xidmətə görə" medalı ilə təltif olunurdular. Yeni medalın statusuna görə, o, vizual olaraq 1910-1920-ci illər Meksika İnqilabı zamanı fəaliyyət göstərən general Panço Vilya üsyançılarına qarşı mübarizə üçün göndərilmiş ABŞ Silahlı Qüvvələrinin Meksika ekspedisiyasının iştirakçılarına 1918-ci ildə təqdim edilən "Meksika sərhədində xidmətə görə" medalının surətidir.

Almaz Həsənli

Seçilən
127
1
oxumeni.az

2Mənbələr