AZ

Autsayderin “qara zolağı”

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Karvan-Yevlax” Premyer Liqada ən az qələbəsi olan kollektivdir. Yevlax təmsilçisi 15 turda cəmi bir dəfə üç xala sevinib. Üç dəfə heç-heçə edən bölgə klubu 11 dəfə meydanı xalsız tərk edib.

Komandanın uğursuz nəticələrindən sonra Azər Həşimovu istefaya göndərən və posta qeyri-rəsmi Füzuli Məmmədovu gətirən “Karvan-Yevlax”da nəticələr düzəlmir. Bölgə təmsilçisi Məmmədovun rəhbərliyi altında çempionatdakı üç oyunda cəmi bir xal qazanıb.

6 xalla turnir cədvəlinin sonuncu – 12-ci sırasında olan yevlaxlılar 11-ci “Qəbələ“dən iki xal geridədir. 15 tura nəzərən sərgilənən oyunlara baxanda, “Karvan-Yevlax” elitanı tərk etməyə əsas namizəddir.

Həşimovin dönəmində əsas problem kimi komandanın ev oyunlarını Yevlaxdan kənarda keçirmək göstərilirdi. Lakin artıq üç turdur, komanda rəqiblərini Yevlaxda qəbul edir. Ancaq dəyişən nəsə yoxdur. Qış fasiləsinə bir tur qalıb. “Karvan-Yevlax” heyətlə bağlı gücləndirmə işləri aparmasa, mövsümün qalan hissəsi komanda üçün daha çətin keçəcək.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
113
futbolpress.az

1Mənbələr