AZ

Rusiya ordusunun Zaporojyaya dron hücumunda 3 nəfər yaralanıb

Bu gün səhər saatlarında Rusiya ordusunun Zaporojyada çoxmərtəbəli binaya dron zərbəsi nəticəsində bir neçə mənzil yanıb və 3 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Zaporojya Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov “Telegram”da məlumat yayıb.

Adminstrasiya rəhbərinin məlumatına görə, iki pilotsuz uçuş aparatı ilə doqquzmərtəbəli binaya zərbə endirilib. Nəticədə dörd mənzil tamam yanıb, üç nəfər yaralanıb.

Seçilən
130
3
apa.az

4Mənbələr