AZ

Xavi İngiltərə yolunda - O, eyni vaxtda 2 klubla danışıq aparır

"Barselona"nın keçmiş baş məşqçisi Xavi Ernandes İngiltərə Premyer Liqasında işləməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Jesse sosial media hesabı üzərindən yayıb.

Mənbənin məlumatına görə, "Tottenhem" və "Çelsi" bu yaxınlarda ispaniyalı mütəxəssisin agentləri ilə əlaqə saxlayıblar. Xüsusilə, "mavilər" mütəxəssislə ciddi şəkildə maraqlanır. "Çelsi" əfsanəvi keçmiş futbolçu ilə bir neçə həftədir əlaqə saxlayır və klub Entso Mareskanı komandadan uzaqlaşdıracağı halda, Xavinin onun yerinə ilk seçim olacağı bildirilir. 

"Çelsi" Premyer Liqada 16 oyunda 28 xal toplayaraq dördüncü, "Tottenhem" isə 22 xalla 11-ci yerdədir.

Seçilən
66
1
fanat.az

2Mənbələr