Bakı, 16 dekabr, AZƏRTAC
Boliviyanın Santa-Kruz departamentində güclü yağışlar və daşqınlar nəticəsində azı 20 nəfər həlak olub, 20-dən çox insan isə itkin düşüb.
AZƏRTAC xəbər verir ki, Boliviyanın Mülki Müdafiə Nazirliyinin məlumatına görə, təbii fəlakət nəticəsində avtomobil yollarına ciddi zərər dəyib və bu, axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirir.
Ölkənin hakimiyyət orqanları Santa-Kruz departamentini fəlakət bölgəsi elan edib.
Qeyd edək ki, dekabrın 12-si axşam saatlarında başlayan güclü yağışlar bölgədəki bir çox çayların daşmasına səbəb olub. Daşqınlar nəticəsində El-Torno şəhəri də daxil olmaqla azı 22 yaşayış məntəqəsi su altında qalıb.