İraqın Kərkük şəhərindən olan Səddam Hüseyn ən-Nuaimi adlı ərəb deputat seçilib.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, Kərkük şəhərində keçirilən seçkilərdə Əzim Alyansından qalib gələn Səddam Hüseyn ən-Nuaimi radikal addım atıb. Belə ki, deputat adını "Məhəmməd Əli" olaraq dəyişdirdiyini açıqlayıb.
Qeyd edək ki, deputat seçildikdən sonra Səddam Hüseynin adı İraq sosial media platformalarında mübahisələrə səbəb olub. Buna görə də o, adını Məhəmməd Peyğəmbəri təqlid edərək "Məhəmməd Əli" olaraq dəyişdirib.
Xatırladaq ki, Səddam Hüseyn (1937–2006) İraqın sabiq prezidenti olub. O, 1979-cu ildən 2003-cü ilə qədər ölkəyə rəhbərlik edib. Hakimiyyəti dövründə avtoritar idarəçilik qurub, müxaliflərə qarşı sərt repressiyalar aparıb.
Səddam Hüseynin dövrü İran–İraq müharibəsi (1980–1988) və Küveytin işğalı (1990) ilə yadda qalıb. Bu hadisələr beynəlxalq sanksiyalara və müharibələrə səbəb olub. 2003-cü ildə ABŞ rəhbərliyindəki koalisiya qüvvələri tərəfindən devrildikdən sonra həbs edilib, məhkəmə tərəfindən edama məhkum olunaraq 2006-cı ildə edam edilib.