AZ

Qubada polisin əməliyyatı zamanı 11 kq marixuana aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 20 yaşlı David İsgəndərov saxlanılıb.

Far.Az-in məlumatına görə, həmin şəxsdən 11 kiloqrama yaxın narkotik vasitə marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
68
far.az

1Mənbələr