AZ

Mərkəzi Bank 2 kredit ittifaqına məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Hacıoğlu Kredit İttifaqı” və “Yeni Daşkənd Kredit İttifaqı”na məcburi göstəriş verib.

 

Bu barədə AMB məlumat yayıb.

 

“Hacıoğlu Kredit İttifaqı” MMC və “Yeni Daşkənd Kredit İttifaqı” MMC tərəfindən 2025-ci ilin III rübü üzrə hesabatların “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri pozularaq, gecikmə ilə təqdim edilməsinə görə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Hacıoğlu Kredit İttifaqı” MMC-yə və “Yeni Daşkənd Kredit İttifaqı” MMC-yə bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi olan göstəriş verilib.

Tarix: 16 Dekabr 2025, 10:47   
Seçilən
52
20
pravda.az

10Mənbələr