AZ

İtaliya: Rusiyaya qarşı sanksiyalar Avropa iqtisadiyyatını zəiflətdi

Rusiyanı zəiflətmək məqsədi ilə tətbiq edilən sanksiyalar gözlənilən nəticəni verməyərək əks təsir göstərib və Qərb ölkələrinin iqtisadiyyatlarına ciddi zərbə vurub.

Editor.az “Corriere della Sera” qəzetinə istinadən xəbər verir ki, bu fikirləri İtaliyanın baş nazirinin müavini Matteo Salvini səsləndirib.

Onun sözlərinə görə, Ukrayna müharibəsinin təxminən dörd ildir davam etməsinə baxmayaraq, Rusiyaya qarşı qəbul edilən 19 sanksiya paketi Qərb iqtisadiyyatlarını zəiflədib və İtaliya ailələri üçün elektrik enerjisi xərclərinin artmasına səbəb olub.

Salvini vurğulayıb ki, Rusiyanı iqtisadi cəhətdən zəiflətməyə yönəlmiş bu tədbirlər əks effekt verərək Avropa ölkələrinin öz vətəndaşlarına əlavə maliyyə yükü yaradıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
129
editor.az

1Mənbələr