AZ

ABŞ Sakit okeanda üç gəmiyə zərbə endirdi

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ ordusu Sakit okeanın şərqində narkotik alveri ilə məşğul olduğu iddia edilən üç gəmiyə zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı özünün X hesabında məlumat yayıb.

"Kəşfiyyat gəmilərin Şərqi Sakit okeandakı məlum narkotik ticarəti marşrutları ilə tranzit etdiyini və narkotik alveri ilə məşğul olduğunu təsdiqləyib. 8 nəfər öldürülüb”, - məlumatda bildirilib.

Qeyd edək ki, sentyabrın əvvəlindən ABŞ ordusu Karib dənizi və Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən ən az 26 gəmini məhv etdiyini, 95 nəfərin öldürüldüyünü bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
103
1
axar.az

2Mənbələr