“Mançester Siti” “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Geyini transfer etməkdə maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
“Şəhərlilər” komandanın müdafiə xəttini yeniləməyi planlaşdırır və məhz 25 yaşlı ingilis futbolçu müdafiənin gücləndirilməsi üçün əsas hədəf hesab olunur.
Yayda “Liverpul”a transferi baş tutmadıqdan sonra futbolçu London klubu ilə 2026-cı ilin yayınadək qüvvədə olan müqaviləni uzatmaq istəməyib. Müdafiəçi komandanı dəyişmək niyyətindədir və “Siti” uzun müddətdir onun çıxışlarını izləyir.
Qeyd olunur ki, transfer qışda baş tuta bilər, çünki “qartallar” oyunçunu yayda pulsuz buraxmaq istəmir.