AZ

Berliner Zeitung: Ukrayna üzrə nizamlanma danışıqlarının taleyini Rusiya və Çin həll edəcək...

Nəşrə görə, Avropa prosesdə kənar müşahidəçi mövqeyində qalacaq...

Poliqon xəbər verir ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların nəticələri həlledici dərəcədə Rusiya və Çindən asılıdır, Avropa isə bu prosesdə real təsir imkanlarına malik deyil. Bu mövqeyi Almaniyanın nüfuzlu Berliner Zeitung nəşri irəli sürüb.

Məqalədə qeyd olunur ki, Avropa ölkələrinin liderləri və Ukrayna prezidenti Volodimir Zelenski Berlində görüşərək sülh prosesində öz maraqlarını ifadə etməyə çalışsalar da, yekun nəticələrin formalaşmasında əsas rol Moskva və Pekinə məxsusdur. Jurnalistlərin fikrincə, Rusiya və Çin danışıqlar masasında birbaşa təmsil olunmasalar belə, geosiyasi çəkiləri və strateji imkanları səbəbindən görüşün ümumi istiqamətini məhz onlar müəyyənləşdirirlər.

Berliner Zeitung vurğulayır ki, Avropa tərəfi diplomatik fəallıq nümayiş etdirsə də, təhlükəsizlik, hərbi balans və qlobal güc münasibətləri kontekstində həlledici söz sahibləri başqa mərkəzlərdir. Nəşrin qənaətinə görə, bu reallıq Ukrayna ətrafında formalaşan beynəlxalq danışıqların mahiyyətini və perspektivlərini anlamaq baxımından əsas amillərdən biridir.

Poliqon.info

Seçilən
108
poliqon.info

1Mənbələr