Tovuzda ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, hadisə ötən gün Aşırallar kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Mürvət Azad oğlu Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı minik avtomobilini aşırıb.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.