AZ

Coca Cola 65 illik müəssisəsini bağlayıb

Banco.az saytına istinadən ain.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın Havay ştatında fəaliyyət göstərən yeganə "Coca-Cola" butulka zavodu fəaliyyətini dayandırır.

Banco.az xəbər verir ki, Honolulunun Mapunapuna sənaye zonasındakı istehsal müəssisəsinin yanvar ayının sonunda rəsmi olaraq bağlanacağı təsdiqlənib.

Zavodun bağlanacağı barədə məlumatı Havaydakı "Coca-Cola" Bottling şirkətinin vitse-prezidenti və baş meneceri Co Karter açıqlayıb.

Onun sözlərinə görə, bu qərar şirkətin Havaydakı içki əməliyyatları üzrə həyata keçirdiyi daha geniş restrukturizasiya planının bir hissəsidir.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Co Karter bildirib ki, Mapunapuna zavodunun istismar müddəti artıq başa çatıb və fəaliyyətini davam etdirmək üçün böyük həcmli investisiyalara ehtiyac yaranıb. Məhz bu səbəbdən istehsalın dayandırılması qərarı qəbul edilib. Qərar eyni zamanda Odom Korporasiyasının ştatdakı əməliyyatlarını “strateji baxımdan optimallaşdırmaq” planına uyğun verilib.

Zavodun bağlanması 25 işçiyə təsir edəcək. Şirkət həmin əməkdaşların Havay üzrə Odom əməliyyatları çərçivəsində digər vəzifələrə yerləşdirilməsi üçün iş aparıldığını açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
1
banco.az

2Mənbələr