İranda İsfahan-Nətənz istiqamətində hərəkət edən avtobus aşıb. Qəza nəticəsində 13 nəfər ölüb.
Bakıvaxtı.az İran mətbuatına istinadən xəbər verir ki, 11 nəfər isə yaralanıb.
İsfahan əyalətinin fövqəladə halların idarə edilməsi üzrə baş direktoru Mənsur Şüşəfuruşin bildirib ki, hadisə yerinə polis əməkdaşları, xilasedicilər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.