ABŞ-nin Sietl şəhəri yaxınlığındakı Kinq qraflığında çayın dambası uçub.
Moderator.az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə səbəbindən 46 mindən çox insanın təxliyəsi ilə bağlı göstəriş verilib.
Bildirilib ki, hadisəyə leysan yağışları səbəb olub.
Dambanın uçması nəticəsində 12 qraflıqda daşqın təhlükəsi elan olunub.
Rəsmilər güclü yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.