Vaşinqtonda Londonla ticarət danışıqlarının gedişatından artan narazılıq fonunda ABŞ Birləşmiş Krallıqla texnologiya müqaviləsinin icrasını dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti Böyük Britaniya rəsmilərinə istinadən məlumat yayıb.
Sentyabr ayında imzalanan "texnoloji çiçəklənmə" müqaviləsi iki ölkə arasında süni intellekt (Sİ), kvant hesablamaları və nüvə enerjisi sahələrində əməkdaşlığı təşviq etməyi hədəfləyirdi. Nəşrin məlumatına görə, Britaniya rəsmiləri ABŞ-nin keçən həftə müqaviləni dayandırdığını təsdiqləyiblər.
"Tramp administrasiyasının texnologiya tərəfdaşlığına aid olmayan məsələlərdə Böyük Britaniyadan güzəştlər istədiyi bildirilib.
Zeynəb Rzayeva