AZ

Boliviyada daşqın 20 CAN aldı

Ajans.az  xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Alfredo Troşe məlumat verib. "Ölənlərin sayı 20-yə çatıb. 20-dən çox insan hələ də itkin düşüb. Təəssüf ki, suyun səviyyəsi azaldığı və xilasedicilər daşqınlardan qaça bilməyənlərin cəsədlərini axtardığı üçün ölənlərin sayının artacağı ehtimal olunur", - deyə o, Boliviya televiziyasında bildirib. Departament rəhbərliyi bölgəni fəlakət zonası elan edib. El-Torno bələdiyyəsində daşqınlardan 600-dən çox ailə zərər çəkib.

Qeyd edək ki, 13 dekabrda Santa-Krusda güclü yağışlar bir neçə çayın məcrasından çıxmasına səbəb olub.

Seçilən
30
1
Ajans.az

2Mənbələr