AZ

Azərbaycanda bu məktəblər distant təhsilə keçəcək - Gələn ildən...

"Növbəti sentyabr ayından şagird sayı az olan məktəblərdə distant təhsilə keçilməsi planlarımızda var".

Far.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

"Biz buna uşaqların rahatlığı yönündən baxırıq. Düşünürük ki, bu model mümkündür və icra olunacaq. Bu model gündəmdədir və növbəti tədris ilindən belə bir pilot layihə olacaq", - nazir qeyd edib.

Seçilən
116
far.az

1Mənbələr