AZ

Tramp BBC-ni məhkəməyə verdi

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın BBC yayım korporasiyasını məhkəməyə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trampın Florida ştatının Cənub dairəsi üzrə federal məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qeyd olunub.

Ağ Ev sahibi azı 10 milyard dollar təzminat tələb edir.

    Sənədə əsasən, Tramp BBC-ni böhtan atmaqda və Florida ştatının “aldadıcı və qeyri-ədalətli ticarət təcrübələri” haqqında qanununu pozmaqda ittiham edir.

    Hər bir maddə üzrə Tramp ən azı 5 milyard dollar məbləğində təzminat, həmçinin faizlərin, məhkəmə xərclərinin, cərimələrin, vəkil xərclərinin və məhkəmənin məqsədəuyğun hesab edəcəyi digər ödənişlərin tutulmasını tələb edir.

    "BBC-nin 6 yanvar 2021-ci ildə Trampın səsləndirdiyi çıxışın fraqmentlərini redaktə etməsi qəsdən və bəd niyyətlə həyata keçirilib" - , iddia ərizəsində deyilir.

    Seçilən
    21
    13
    bakivaxti.az

    10Mənbələr