
Kamçatka diyarında 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının Telegram kanalında məlumat verilib.
Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 227 kilometr aralıda yerləşib.
Yeraltı təkanların ocağı 74,7 kilometr dərinlikdə olub.