AZ

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı məhv edib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" təyyarələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Xezerxeber.az Türkiyənin Milli Müdafiə Nazirliyə istinadən xəbər verir ki, Qara dənizdə Türkiyənin hava sahəsini pozan PUA-nın “izi” aşkarlanıb.

Nazirliyinin açıqlamasında qeyd olunur ki, sözügedən dronun nəzarətdən çıxdığı müəyyən olunub.

Arzuolunmaz insidentin qarşısının alınması məqsədi ilə PUA yaşayış məntəqələrindən uzaq ərazidə qırıcılar tərəfindən vurularaq endirilib.

Seçilən
63
9
xezerxeber.az

10Mənbələr