ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polşa Ukraynada yerləşdirilməsi müzakirə olunan mümkün “çoxmillətli qüvvələr”də iştirak etməyəcək.
APA xəbər verir ki, bunu ölkənin Baş naziri Donald Tusk bildirib.
Onun sözlərinə görə, bu, Polşanın müstəqil qərarıdır:
“Bu, bizim suveren qərarımızdır. Polşa hara əsgər göndərib-göndərməmək məsələsini özü müəyyənləşdirir”.
Baş nazir həmçinin qeyd edib ki, Ukraynanın ərazi güzəştləri ABŞ-ın sülh razılaşmasına təminatçı qismində çıxış etməsi üçün irəli sürdüyü şərtlərin bir hissəsidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.