Birləşmiş Ştatlar prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə aparılan danışıqlardan razıdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ağ Ev rəhbəri jurnalistlərə verdiyi açıqlamada deyib.
Tramp bildirib ki, Ukrayna və Avropa liderləri ilə münaqişənin həlli ilə bağlı aparılan danışıqlar yaxşı gedir. Lakin Ağ Ev rəhbəri oxşar ritorikanın uzun müddətdir istifadə olunduğunu etiraf edib.
Amerika liderinin sözlərinə görə, o, həmçinin Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Polşa, Finlandiya, Fransa və NATO rəhbərləri ilə çox uzun və çox yaxşı danışıqlar aparıb.
Cavid